Noyabrın 24-də ABŞ prezidenti Barak Obama və Fransa prezidenti Fransua Ollandın görüşü olacaq. APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, danışıqlarda geniş antiterror koalisiyasının yaradılması məsələsi müzakirə ediləcək.
Vaşinqton vaxtı ilə saat 10:00-da başlanan görüş saat yarım davam edəcək. Daha sonra hər iki ölkənin prezidentləri birgə mətbuat konfransı keçirəcəklər.Qeyd edək ki, Fransa prezidentinin yaxın günlərdə Moskvada Rusiya prezidenti Vladimir Putin ilə görüşü nəzərdə tutulub.