Şimali Makedoniya Assambleyasının sədri Azərbaycana gəlib

Şimali Makedoniya Assambleyasının sədri Azərbaycana gəlib backend

Şimali Makedoniya Assambleyasının sədri Afrim Qaşi Azərbaycana rəsmi səfərə gəlib.

"Report" xəbər verir ki, qonağı Milli Məclis sədrinin müavini Rafael Hüseynov, Azərbaycan-Şimali Makedoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fazil Mustafa, Azərbaycanın Şimali Makedoniyadakı səfiri Kamil Xasiyev və digər rəsmi şəxslər qarşılayıblar.

A.Qaşi səfər çərçivəsində dövlət rəsmiləri ilə bir sıra görüşlər keçirəcək, bununla yanaşı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 65-ci plenar sessiyasının tədbirlərinə qatılacaq.

Diaspora