Azərbaycanın müdafiə naziri Belarusa rəsmi səfər edib

Azərbaycanın müdafiə naziri Belarusa rəsmi səfər edib backend

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarusa rəsmi səfər edib.

"Report"un məlumatına görə, onu bu ölkənin müdafiə naziri general-leytenant Viktor Xrenin qarşılayıb.

Səfər çərçivəsində Azərbaycan hərbi nümayəndə heyətinin rəhbəri ilə Belarusun siyasi və hərbi rəhbərliyi arasında bir sıra görüşlər, ölkədəki hərbi hissələrə, müdafiə sahəsi müəssisələrinə səfərlər nəzərdə tutulub.