“Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusunda Yeni Azərbaycan partiyasının təşkilatçılığı ilə Şuşada keçirilən beynəlxalq konfransın iştirakçıları bu gün Xankəndi şəhərinə səfər edib.
Bu barədə Qaziler.az-a Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, qonaqları Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov qarşılayıb.
Konfrans iştirakçıları Zəfər meydanından şəhərin ümumi mənzərəsini seyr ediblər. Onlara Zəfər muzeyi haqqında qısa məlumat verilib. Qonaqlar Xankəndi şəhərində gedən bərpa-quruculuq və yenidənqurma işləri ilə də tanış olublar. Daha sonra Qarabağ Universiteti də ziyarət olunub.
Xatırladaq ki, Şuşada keçirilən konfransda bir sıra ölkələrin hakim partiyalarının rəhbərləri iştirak edirlər.










