Ərəb ölkələri İsraili qorumaq üçün hazır vəziyyətə gətiriliblər - Elxan Şahinoğlu

Ərəb ölkələri İsraili qorumaq üçün hazır vəziyyətə gətiriliblər - Elxan Şahinoğlu backend

ABŞ-nin bögədəki müttəfiqləri olan ərəb ölkələri İsrailin İrana endirdiyi hava zərbələrini qınasalar da, həmin dövlətlər bu müharibədə İranın zəif çıxmasında maraqlıdırlar. Çünki, İrandakı rejim uzun illər ərəb ölkələrindəki tərəfdarlarını dəstəkləyib, həmin qruplar müxtəlif illərdə etirazlara çıxıblar.

Qaziler.az xəbər verir ki, bu fikirlər Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğluna məxsusdur. Feysbukdakı paylaşımında politoloq Yaxın Şərqdəki durumu şərh edib:

"Doğrudur, İrandakı mühafizəkarlar son illər ərəb ölkələri ilə münasibətləri normallaşdırmağa çalışıblar, ancaq bu, şeyxlərin narahatlığını azaltmayıb. Elə bunun nəticəsidir ki, İranın İsrailə atdığı dronlar hədəfə çatmadan elə ərəb ölkələrinin hava sahəsində neytrallaşdırılıb. ABŞ-nin ərəb ölkələrindəki hərbi bazaları İsraili qorumaq üçün hazır vəziyyətə gətiriliblər. İranın zəifləmə ehtimalından narahat olan 3 ölkə var: Rusiya, Ermənistan və Çin. Bunlardan hər birinin İrandakı rejimlə sıx tərəfdaşlıq münasibətləri mövcuddur. Rusiya və Çin üçün İranla sıx tərəfdaşlıq Qərbə qarşı ortaq müqavimət gücünün formalaşmasından ibarətdirsə, Ermənistan üçün İranla sıx tərəfdaşlıq isə Azərbaycana qarşı istifadə edilən siyasətdir. Hazırda İrandakı rejim mövcudiyyətini qorumağın hayındadır, nə Rusiya, nə Çin, nə Ermənistan, nə də Zəngəzur dəhlizi yada düşür".

QAZİLER.AZ

Diaspora