İsrail İrana hava hücumundan sonra hərbi rejimə keçib və mediada “təcrid” vəziyyətinə düşüb.
Qaziler.az-ın məlumatına görə, bu fikirləri Rusiya Qəhrəmanı general-mayor Serqey Lipovoy “NEWS.ru”nun müxbiri ilə söhbətində deyib. Onun sözlərinə görə, ölkə dünya ictimaiyyətinin gözündə terrorçu kimi qəbul olunmağa başlayıb.
"İsrail cavab zərbəsi ərəfəsində əhalisini müharibə rejiminə keçirib, məktəblər və bütün dövlət qurumları fəaliyyətini dayandırıb, hamı bomba sığınacağında gizlənib. Bu vəziyyətdə, siyasi baxımdan İsrail qazanmaqdan çox itirdi. İndi dünya ictimaiyyətinin gözündə bu ölkə terror dövlətidir və bütün qonşu dövlətləri qorxudur”, - Lipovoy qeyd edib.
Generalın sözlərinə görə, eskalasiyaya Təl-Əviv özü təşəbbüs göstərsə də, nəticələrə hazır deyildi: “Hərbçilər "İrana meydan oxudular" və indi "qorxu içində cavab gözləyirlər".
QAZİLER.AZ