Türkiyə rəsmiləri İsrailin İrana hücumunu müzakirə ediblər

Türkiyə rəsmiləri İsrailin İrana hücumunu müzakirə ediblər backend

Türkiyə xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, Baş qərargah rəisi Metin Gürak və Milli Kəşfiyyat İdarəsinin rəisi İbrahim Kalın Xarici İşlər Nazirliyinin binasında bir araya gəlib.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.

Görüşdə İsrailin İrana hava hücumu və bunun mümkün nəticələri müzakirə edilir.

Qeyd edək ki, iyunun 13-ü gecə saatlarında İsrail İrana qarşı “Rising Lion” əməliyyatını həyata keçirib. Xüsusilə, İsrail Hərbi Hava Qüvvələri İranın hərbi və nüvə obyektlərinə hücum edib. İsrail zərbələri nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun rəhbəri, bir sıra digər hərbi rəhbərlər, həmçinin nüvə alimləri həlak olublar. Bundan əlavə, zərbələr nəticəsində İranın mülki əhalisi arasında da həlak olanlar var.

Diaspora