Danimarka Ukraynada hərbi əməliyyatların davam etdirilməsini dəstəkləyir və Moskva ilə Kiyev arasında münaqişənin nizamlanması üzrə danışıqları gözdən salmağa çalışır.
Qaziler.az xəbər verir ki, bu barədə Rusiyanın bu ölkədəki səfirliyinin “Telegram” kanalında məlumat verilib.
"Danimarkanın əsas məqsədi münaqişəni dayandırmaq deyil, ukraynalıların adına qurban verilə bilən Rusiyanı zəiflətməkdir", - diplomatik nümayəndəlik yazıb.
Səfirliyin nümayəndələri bildiriblər ki, Danimarka KİV-ləri daim Rusiya Federasiyası Silahlı Qüvvələrinin Ukrayna ordusu ilə müqayisə olunmayacaq dərəcədə yüksək itkilərindən danışırlar. Diplomatların fikrincə, bu cür bəyanatlar ictimaiyyəti Ukraynanın bu münaqişədə qalib gələcəyinə inandırmağa yönəlib.
"Lakin bu, illüziyadır. Mövcud olan faktlar itkilərlə bağlı tam əks vəziyyəti göstərir", - şərhdə deyilir.
QAZİLER.AZ