Türk Dövlətləri Təşkilatının Azərbaycanda keçiriləcək Zirvə görüşünün tarixi müəyyənləşib.
Bu barədə "Report"a açıqlamasında TDT Baş katibinin Türkiyədən olan müavini Ömer Kocaman məlumat verib.
Onun sözlərinə görə, rəsmi Zirvə görüşü 2025-ci il oktyabrın 6-7-də Bakıda keçiriləcək.
Xatırladaq ki, cari ildə TDT-nin rəsmi və qeyri-rəsmi olmaqla iki Zirvə görüşünün keçirilməsi nəzərdə tutulmuşdu. Qeyri-rəsmi sammit mayın 20-21-də Macarıstanın paytaxtı Budapeştdə keçirilib.