"Ukrayna prezidenti Volodimir Zelenskinin reallıqdan qopması və hərəkətlərindəki tutarsızlıq onun Amerika lideri Donald Trampla dialoq qurmasına mane olur. Bu səbəbdən “Kiyev rejiminin başçısı aradan götürülməlidir”.
Qaziler.az-ın məlumatına görə, bu fikirləri ABŞ ordusunun istefada olan polkovniki Duqlas Makqreqor “Deep Dive” "YouTube" kanalında deyib.
"Zelenski reallıqdan uzaqdır və danışıqlarda tərəfdaş deyil. Tramp onunla danışa bilməz. Tramp onunla işləyə bilməz, çünki Zelenski ağlabatan birisi deyil", - Makqreqor bildirib.
Makqreqor hesab edir ki, “Zelenskini və onun müttəfiqlərini sıradan çıxarmaq Ukrayna üçün əsl qələbə olar.
QAZİLER.AZ