Moskva Yerevan və Bakının NATO ilə qarşılıqlı fəaliyyət risklərindən xəbərdar olmasını və Rusiyanın narahatlığını başa düşməsini gözləyir.
Qaziler.az RİA "Novosti”yə istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinq zamanı bildirib.
"Ümid edirik ki, həm Bakı, həm də Yerevan bu məsələ ilə bağlı haqlı narahatlığımızı eyni dərəcədə başa düşür və onların təcavüzkar hərbi bloklarla qarşılıqlı əlaqələrinin dərinləşməsi risklərini tam qiymətləndirirlər", - diplomat bildirib.
O qeyd edib ki, Şimali Atlantika Alyansının Cənubi Qafqazda əsas məqsədi vəziyyətin sabitliyini pozmaq və yeni gərginlik nöqtələri yaratmaqdır.
QAZİLER.AZ