“Traxtur”un oyununda tutulan azərbaycanlı azarkeşlər - Siyahı

“Traxtur”un oyununda tutulan azərbaycanlı azarkeşlər - Siyahı backend

Noyabrın 20-də Təbrizdə "Traxtur" və "Siyahcameqan" futbol klubları arasında keçirilən oyunda və oyundan sonra azərbaycanlı azarkeşlər etiraz şüarları səsləndiriblər. Nəticədə İran polisi bir neçə azarkeşi saxlayıb. Ötən gün sosial şəbəklərdə saxlanılan fəalların adları açıqlanıb.

QAZİLER.AZ-ın GÜN.AZTV-yə istinadla verdiyi xəbərə görə, siyahıda bu şəxslərin adları çəkilib.

Məhəmməd Şirzad (Urmiya)
Mehdi Şirzad (Urmiya
Mühəndis Cəfərpur (Makü)
Yavər Sultani (Urmiya)
Cavad Sultani (Urmiya)
Hadi Hüseynzadə (Urmiya)
Hüseyn Cəmali (Xoy)
Məcid Nağızadə (Əhər)
Hüseyn Tağızadə
Meysəm Xələfi Zəngir
Süheyl İmanzadə (Urmiya)
Mehdi Hüseyni (Urmiya)
Əyyub Ğəffari (Urmiya)
Arəş Rəhimi (Urmiya)
Səccad Heydəri (Urmiya)
Cəhanbəxş Sultanzadə
Rəsul Məhəmmədi (Təbriz)
İsmayıl Dehqani (Urmiya)
Oruc Dehqani (Urmiya)
Möhsün Hüseynzadə (Urmiya)
Əmin Sərac (Təbriz)
Əli Rəşidi (Təbriz)
Siyamək Məxmuri (Təbriz)
Fərzad Heydəri (Təbriz)
Hamid Əhəd (Təbriz)
Əmir Mustafa

Təbrizli Kərim Hüseynzadənin hüquq mühafizə orqanları tərəfindən vəhşicəsinə döyüldüyü bildirilir. Riza Purfəllah və Şahin Cebraili az yaşlı olduğu üçün həmin gün, Fərzad Nəsiri, Mirmuhəmməd Babayi isə vəsiqə qarşılığında, azadlığa buraxılıb.
Xatırladaq ki, İran televiziyasında azərbaycanlı türklərin təhqir olunması ilə bağlı soydaşlarımız “Traxtur”un oyununda və sonra etiraz olaraq “Azərbaycan milləti, çəkməz belə zilləti”, “Haray, haray mən türkəm”, “Türk dilində mədrəsə, olmalıdır hər kəsə” kimi şüarlar səsləndiriblər.
Diaspora