Avstriyanın Qraz şəhərindəki orta məktəbdə günahsız şagird və müəllimlərin həyatına son qoyan faciəli atışma bizi kədərləndirdi.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi sosial meidada paylaşım edib.
"Həlak olanların ailələrinə və yaxınlarına, eləcə də Avstriya hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk. Xəsarət alanların tez və tam sağalmasını arzu edirik", - qeyd edilib.
Qeyd edək ki, Avstriyada məktəbdə atışma nəticəsində 11 nəfər ölüb, çox sayda yaralı var.