Nazirlik məsələ ilə bağlı rəsmi məlumat yayıb Xarici İşlər Nazirliyi Azərbaycanın Belçikadakı səfirliyinin gücləndirilmiş rejimdə işlədiyini açıqlayıb. QAZİLER.AZ Lent.az-a istinadla xəbər verir ki, KİV-in sorğusuna cavab olaraq, XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Belçika Krallığındakı terror təhlükəsi ilə əlaqədar Azərbaycanın bu ölkədəki səfirliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və səfirliyin bütün əməkdaşları iş yerindədirlər: “Hal-hazırda Belçikada olan vətəndaşlarımızdan kütləvi yerlərdən kənar durmalarını və təhlükəsizlik tədbirləri ilə əlaqədar yerli hüquq-mühafizə orqanlarının tələblərinə riayət etmələrini tövsiyə edirik.
NATO-nun mənzil-qərargahında yerləşən Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyi təşkilatın tətbiq etdiyi təhlükəsizlik qaydalarına uyğun olaraq fəaliyyət göstərir”.Azərbaycan XİN-də HƏYƏCAN: o səfirlik gücləndirilmiş rejimə keçdi

