İstanbul danışıqlarında yüksək rütbəli Avropa rəsmiləri də olub

İstanbul danışıqlarında yüksək rütbəli Avropa rəsmiləri də olub backend

İyunun 2-də İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqlarının ikinci raundu zamanı yüksək rütbəli Qərb rəsmiləri də olub.

Qaziler.az-ın məlumatına görə, bu barədə Rusiya Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Komitəsi sədrinin birinci müavini Vladimir Çijov bildirib. Birinci Kanala müsahibəsində o, Fransa, Böyük Britaniya və Almaniya nümayəndələrinin orada olduğunu qeyd edib.

“İstanbulda danışıqların axırıncı raundunda avropalılar da var idi. Adi diplomatlar və ya ekspertlər deyil, üç aparıcı Avropa dövlətinin - Böyük Britaniya, Fransa və Almaniya hökumətlərinin yüksək səviyyəli nümayəndələri...”, - Çijov bildirib.

Onun sözlərinə görə, Ukrayna tərəfi Rusiya memorandumunun əvvəlcədən təmin edilməsini tələb edib. Çijov təxmin edib ki, avropalı nümayəndələrin iştirakının səbəbi müzakirələr başlamazdan əvvəl sənədlə tanış olmaq olub.

QAZİLER.AZ

Diaspora