Avropa hökumətlərinin İsrail hakimiyyətinin Qəzza zolağındakı hərəkətlərini dəstəkləməyə davam etməsi faktiki olaraq mümkün deyil.
Qaziler.az xəbər verir ki, bu barədə “Bloomberg” Avropa Xarici Əlaqələr Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə proqram direktoru Julien Barnes-Deysiyə istinadən məlumat dərc edib.
Agentlik təhlil edir ki, "İsrailin Avropadakı ən qatı tərəfdarlarından bəziləri" Qəzzada müharibəyə qarşı getdikcə daha çox çıxış edirlər. Bloomberg daha çox ölkənin Avropa İttifaqını İsrailə qarşı sanksiyalar tətbiq etməyə çağırdığına diqqət çəkib.
“Bir çox Avropa hökumətlərinə İsrailin müharibəsini dəstəkləmək qeyri-mümkün olub”, - agentlik Barnes-Deysinin sözlərindən sitat gətirib.
QAZİLER.AZ