Azərbaycanlı qadına Tatarıstanda vəzifə verildi

Azərbaycanlı qadına Tatarıstanda vəzifə verildi backend

Tatarıstanın Nazirlər Kabineti yanında Əsas arxiv idarəsi vəzifəsinə əslən Azərbaycandan olan xanım rəhbər təyin olunub. ANS PRESS-in məlumatına görə, 2005-ci ildən bu vəzifəni idarə edən Danil İbrahimov təqaüdə çıxıb. Hal-hazırda bu vəzifə İrada Əyyubovaya həvalə olunub. Məlumat üçün deyək ki, İradə Əyyubova 1971-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olub. O, mühəndis-riyaziyyatçı ixtisası üzrə Azərbaycan Dövlət Neft Akademiyasını (ADNA) bitirib. Daha sonra Tatarıstana köçərək, orada hüquqşünas ixtisası üzrə də təhsilini davam etdirib. O, müxtəlif vəzifələrdə işləyib, hətta, Tatarıstan Respublikasının mədəniyyət nazirinin birinci müavini də olub.

Azərbaycanlılara xarici ölkələrdə vəzifə verilməsi ilk hal deyil. Bundan əvvəl də dəfələrdə həmyerlilərimiz ölkəmizdən kənarda müxtəlif vəzifələrə yiyələniblər.

Bu ilin iyul ayının 2-də “Xalqlar Dostluğu” fondunun təsisçisi və rəhbəri Araz Mürsəliyev Rusiya Dövlət Dumasının Milli Məsələlər üzrə Komitəsinin üzvi olub. Bundan başqa, Azərbaycan diasporunun fəal nümayəndələrindən biri Araz Mürsəliyev buna qədər iki ölkə arasında dostluq münasibəltərinin inkişafına verdiyi töhfələrə, eləcə də, yaşadığı şəhərdə ictimai fəaliyyətinə, fəal vətəndaşlıq mövqeyinə görə medal və təşəkkürnamə ilə təltif edilib.
Diaspora