İSESCO baş direktoru: “İslam terror aktlarına görә mәsuliyyәt daşımır”

İSESCO baş direktoru: “İslam terror aktlarına görә mәsuliyyәt daşımır” backend

“İslam cinayәtkarların hәyata keçirdiyi terror aktlarına görә mәsuliyyәt daşımır”. APA-nın mәlumatına görә, bu sözlәri İSESCO-nun baş direktoru Әbdülәziz Osman әl Tüveycri deyib. O bildirib ki, cinayәtkarlıq heç bir dinlә vә mәdәniyyәtlә әlaqәli deyil: “Bütün mәdәniyyәt vә cәmiyyәtlәrdә cinayәtkarlar var.

Biz buddistlәrin buddizmә qarşı, xristianların xristianlara qarşı törәtdiyi cinayәtlәri dinlә bağlaya bilmәrik. Müәyyәn müsәlmanların islama qarşı terror aktları vә cinayәtlәri dә dinlə əlaqələndirilə bilmәz. Bu, әdalәtli, obyektiv deyil. İslam sülh, tolerantlıq vә müxtәlifliklәrә hörmәt dinidir. Biz dünyaya bildirmәliyik ki, bu cinayətlәr İslam demək deyil. Parisdә baş verәn terror aktlarını pislәyirik. Necә ki, Yәmәndә, Suriyada, İraqda baş verәn terror aktlarını da qınayırıq. Terror terrordur vә bunun dinlә heç bir әlaqәsi yoxdur”.
Diaspora