Rusiya XİN-dən İstanbul danışıqları ilə bağlı AÇIQLAMA

Rusiya XİN-dən İstanbul danışıqları ilə bağlı  AÇIQLAMA backend

Rusiya Federasiyası İstanbulda keçirilən danışıqlarda Ukrayna ətrafında vəziyyəti humanitar hüquq və xristian əxlaqı normalarına qaytarıb.

Qaziler.az-ın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Kiyev rejiminin cinayətləri üzrə xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik bildirib.

Belə ki, o, “Telegram” kanalında ölən hərbçilərin cəsədlərinin təhvil verilməsi, xəstə və yaralıların mübadiləsi ilə bağlı əldə olunan razılıqdan danışıb.

“Rusiya İstanbuldakı danışıqlardan istifadə edərək münaqişə tərəflərini humanitar hüququn və xristian əxlaqının norma və prinsiplərinə qaytardı. Ölən Ukrayna əsgərlərinin donmuş cəsədlərinin təhvil verilməsi, cəsədlərin toplanması üçün humanitar atəşkəslərin, xəstələrin və yaralıların dəyişdirilməsi”, - deyə o bildirib.

Xarici İşlər Nazirliyinin nümayəndəsi onu da qeyd edib ki, Ukrayna belə bir təklif etməyib. Lakin o, belə bir şeyin ola biləcəyini istisna etməyib.

QAZİLER.AZ

Diaspora