Ukraynadakı münaqişə uzana bilər - Viktor Orban

Ukraynadakı münaqişə uzana bilər - Viktor Orban backend

Macarıstanın baş naziri Viktor Orban etiraf edib ki, Ukraynadakı münaqişə uzana bilər.

Qaziler.az-ın məlumatına görə, siyasətçi fikirlərini “Facebook” səhifəsində paylaşıb.

Macarıstanın baş naziri bildirib ki, son bir neçə gündə aparılan hərbi əməliyyatlar müharibənin ilin əvvəlində gözlədiyimizdən daha uzun və daha qəddar olacağını göstərir.

Orban transatlantik birliyin zəiflədiyini də vurğulayıb. Onun fikrincə, bu, ABŞ prezidenti Donald Trampın sülhməramlı mövqe tutması, Avropa və Ukraynanın isə hərbi əməliyyatları davam etdirməkdə qərarlı olması səbəbindən baş verib. Bundan əlavə, Macarıstanın baş naziri ölkə vətəndaşlarını Brüssellə fikir ayrılıqları dərinləşsə belə, sülh tərəfində olmağa çağırıb.

QAZİLER.AZ

Diaspora