Şuşadakı insanlıq cinayətinin qalıqları saxlanmalı və dünyaya göstərilməlidir – Türkiyəli din xadimi

Şuşadakı insanlıq cinayətinin qalıqları saxlanmalı və dünyaya göstərilməlidir – Türkiyəli din xadimi backend

Şuşadakı insanlıq cinayətinin qalıqları mütləq saxlanmalı və dünyaya göstərilməlidir.

Bunu Trend-ə açıqlamasında türkiyəli din xadimi Ahmet Erdem deyib.

O, Türkiyənin Kars şəhərindən gəldiyini bildirib.

“Bura mənim ata yurdumdur. Ata babam Şuşa, ana babam isə Gəncə şəhərindəndir. 1918-ci ildə burada yaşanan erməni zülmü zamanı onlar Türkiyəyə müraciət ediblər. Atalarımız ölən günə kimi Azərbaycan deyə-deyə əzab çəkdilər. Mən indi bura gəlmişəm, həm atam, həm də anamdan yana, onların həsrətini çəkdiyi bu yerləri onların adına ziyarət edirəm”.

Ahmet Erdem vurğulayıb ki, Karsdakı Azərbaycan məscidində 44 günlük Vətən müharibəsi zamanı hər zaman dualar ediblər:

“Şəhidlərimizi hörmətlə andıq. Şuşaya gələnədək gördüklərimə gəlincə onu deyim ki, ermənilərin Qarabağ da təkcə tikililəri və təbiəti deyil, insanlığı, bəşəri insanlıq hisslərini məhv etdiklərinin şahidi oldum. Mən gördüklərimdən belə düşünürəm ki, burada olan mənzərə, insanlıq cinayətinin qalıqları mütləq saxlanmalı və dünyaya göstərilməlidir. Qoy bütün dünya bu vəhşiliyin nümunələrini real faktlarla görsün. Hər kəs ermənilərin bir insan, milliyyət, təbiət, din qatili olduqlarını dərindən tanısınlar”.

Diaspora