ABŞ prezidenti Donald Tramp İlon Maska hökumətin səmərəliliyi departamentinin rəhbəri kimi xidmətlərinə görə Ağ Evin qızıl açarını hədiyyə edib.
Qaziler.az bu barədə TASS-a istinadla xəbər verir.
"Təşəkkür edirəm, İlon. Özünə diqqət et!", - Tramp deyib.
Mask dövlət xidmətini başa vurduqdan sonra Trampın “dost və müşaviri” statusunu saxlayacağını bildirib.
Tramp mayın 30-u İlon Maskın ABŞ Hökumətinin Səmərəlilik Departamentinin rəhbəri vəzifəsində son günü olacağını elan edib.
QAZİLER.AZ