Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan Azərbaycana səfərə yola düşüb.
Qaziler.az xəbər verir ki, bu barədə TRT-Haber məlumat yayıb.
"Azərbaycanın işğaldan azad etdiyi torpaqlarda inşa etdiyi üçüncü hava limanı olan Laçın Beynəlxalq Hava Limanı bu gün keçiriləcək mərasimlə istifadəyə veriləcək", - məlumatda deyilir.
Qeyd edək ki, bu gün Türkiyə-Azərbaycan-Pakistan Üçtərəfli Zirvəsinin II iclası keçiriləcək. Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Laçın Beynəlxalq Hava Limanının açılış mərasimində də iştirak edəcək.
TRT-nin yaydığı məlumatda Laçın Hava Limanı ilə bağlı məlumat da öz əksini tapıb:
"1800 metr yüksəklikdə olan rayonda yerləşən hava limanı dağlıq ərazidə qayaların oyulması və ərazinin hamarlanması yolu ilə tikilib. Laçın Beynəlxalq Hava Limanı Azərbaycanın ən hündür hava limanıdır.
Təməli 2021-ci ildə qoyulan hava limanı Laçın şəhər mərkəzindən 30 kilometr, Şuşadan 70 kilometr, Kəlbəcərdən 60 kilometr məsafədə yerləşir. Uçuş zolağının uzunluğu 3 min metr, eni 60 metr olan hava limanında saatda 200 sərnişinə xidmət göstərə biləcək terminal binası var".
QAZİLER.AZ