Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" hesabında 28 May - Müstəqillik Günü ilə əlaqədar paylaşım edib.
Qaziler.az xəbər verir ki, paylaşımda deyilir:
"Əziz həmvətənlər!
Müstəqillik Günü münasibətilə sizi təbrik edir, hər birinizə cansağlığı və xoşbəxtlik, ölkəmizə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram! Qoy Azərbaycanın dövlət müstəqilliyi əbədi və sarsılmaz olsun!
Uca Tanrı Vətənimizi qorusun!"
