Zaxarova İsveçi gərginliyi artırmaqda ittiham edib

Zaxarova İsveçi gərginliyi artırmaqda  ittiham edib backend

İsveçdə Rusiya ilə gərginliyi artırmaqda maraqlı olan qüvvələr üstünlük təşkil edir.

Qaziler.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat yayıb.

Zaxarovanın sözlərinə görə, İsveç hakimiyyəti diplomatik müqavilələri qəsdən pozur və diplomatik toxunulmazlığa malik Rusiyanın daşınmaz əmlaklarına, eləcə də bu mülklərdə işləyən işçilərə zərər vurmağa çalışır.

"İsveçdə ölkəmizlə gərginliyin artmasında maraqlı olanların mövqelər son dərəcə güclüdür. Onların hərəkətləri ikitərəfli dialoqu pozmağa yönəlib", - Zaxarova vurğulayıb.

Qeyd edək ki, mayın 26-da Rusiyanın İsveçdəki səfirliyi son bir il ərzində onların 11 dəfə hücuma məruz qaldığını bildirib.

QAZİLER.AZ

Diaspora