ABŞ prezidenti Donald Tramp Ukraynadakı münaqişə problemi ilə tez bir zamanda məşğul olmaq istəyir, lakin gözlənilməz çətinliklərlə üzləşir.
Qaziler.az xəbər verir ki, bunu ABŞ-də köşə yazarı Hal Brands “Bloomberg”ə verdiyi məqaləsində deyib.
O, Trampın siyasətinin asan olacağını düşündüyü işin - Ukraynadakı münaqişənin həllinin çox çətin olduğunu anladıqda kritik sınaqla üzləşdiyinə diqqət çəkib. Köşə yazarının fikrincə, ABŞ prezidenti indi çətin seçim qarşısındadır: vəziyyəti həll etmək üçün bir yol tapmağa çalışmaq və ya “buraxın və münaqişə öz məcrasını alsın”?!
"Tramp, deyəsən, döyüşməkdənsə, qaçmağı seçir. İroniya odur ki, Ukrayna ilə Ukraynanı məhv etməkdən başqa heç nə istəməyən ABŞ prezidenti ilə yaxın vaxtlarda iş bitməyəcək", - Brands deyib.
Köşə yazarı vurğulayıb ki, Tramp Ukraynaya qarşı daha aqressiv strategiyaya keçə bilməz. Çünki bu halda o, dəfələrlə qeyd etdiyi kimi, Ukrayna münaqişəsinin onun, yəni Amerikanın keçmiş lideri Co Baydenin müharibəsi olduğunu etiraf etməli olacaq.
QAZİLER.AZ