Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, Moskva Kiyevin mülki hədəflərə hücumlarına və Ukraynanın müharibə prinsiplərini pozmasına BMT-dən reaksiya gözləyir.
Qaziler.az “Gazeta.ru”ya istinadla bildirir ki, onun sözləri Rusiya Xarici İşlər Nazirliyinin saytında yer alıb.
Nazir vurğulayıb ki, son illər beynəlxalq humanitar hüququn prinsipləri bütün dünyada ümumi qəbul edilmiş müharibə qaydalarını pozan Ukrayna hakimiyyəti tərəfindən tapdalanıb. Üstəlik, Kiyev “beynəlxalq birliyin məsuliyyətli üzvü olmaq qabiliyyətinə məhəl qoymur və şübhə altına alır”.
Lavrovun sözlərinə görə, Moskva BMT-dən reaksiya gözləyir. O qeyd edib ki, təşkilatın baş katibi Antonio Quterreş və onun nümayəndələrinin bir qədər əvvəl səsləndirdiyi şərhlərdən birbaşa öhdəliklərini yerinə yetirmək istəmədikləri və ya bacarmadıqları görünür.
Firuzə Alimova / QAZİLER.AZ