"Avropa Siyasi Birliyi"nin sammiti 2028-ci ildə Azərbaycanda keçiriləcək

"Avropa Siyasi Birliyi"nin sammiti 2028-ci ildə Azərbaycanda keçiriləcək backend

"Avropa Siyasi Birliyi"nin Zirvə toplantısı 2028-ci ildə Azərbaycanda keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta bildirib.

“Tiranada uğurlu Zirvə toplantısından sonra "Avropa Siyasi Birliyi" 2025-ci ilin oktyabrında Kopenhagendə yenidən toplanacaq. Bu tədbir liderlər səviyyəsində Ümumavropa siyasi dialoqu üçün vacib platformaya çevrilib”, - Koşta qeyd edib.

O, sammitin 2026-ci ildə Ermənistan və İrlandiyada, 2027-ci ildə İsveçrə və Yunanıstanda, 2028-ci ilin birinci yarısında Azərbaycanda, ikinci yarısında isə Latviyada keçiriləcəyini vurğulayıb.

Diaspora