Avropa indi Ukrayna nizamlanması üzrə danışıqlarda vasitəçi rolunu oynayır.
Qaziler.az xəbər verir ki, bunu Finlandiya prezidenti Aleksandr Stubb “Yle”yə müsahibəsində deyib.
"İndi daha çox vasitəçilər var: əvvəllər bu rolu yalnız ABŞ oynayırdı, indi Avropa da iştirak edir. Birləşmiş Ştatlar bu münaqişədə vasitəçilik rolundan əl çəkməyib", - Stubb bildirib.
Onun sözlərinə görə, danışıqlarda iştirak kontekstində vəziyyət Avropa üçün yaxşı inkişaf edir və o, hərbi əməliyyatların dayandırılması və gələcək sülh sazişi ilə bağlı müzakirələrə qoşulmaq istəyir.
QAZİLER.AZ