“Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində Ermənistan qarşısında müttəfiqlik öhdəliklərini yerinə yetirib”.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla görüşün yekunlarına dair mətbuat konfransında bildirib. O, jurnalistin Azərbaycanla münaqişə zamanı Cermuk ətrafındakı vəziyyətə Rusiyanın reaksiyası ilə bağlı sualını belə cavablandırıb.
"Bilmirəm, nə reaksiya deyirsiniz. KTMT çərçivəsində Ermənistan qarşısında öhdəliklərimizə uyğun gələn reaksiyanı vermişik”, - deyə nazir cavab verib.
Rusiya XİN rəhbəri xatırladıb ki, təşkilatın baş katibinin rəhbərlik etdiyi KTMT missiyası dərhal hadisə yerinə gedib və vəziyyəti sabitləşdirmək üçün müşahidəçilərin göndərilməsi təklifləri ilə ətraflı hesabat hazırlayıb. O qeyd edib ki, missiyanın konkret parametrləri 2022-ci ilin oktyabrında İrəvanda keçirilən KTMT sammitində də işlənib və müzakirə edilib.
“Sonda biz bütün mətn üzrə konsensusa gəldik və mətn növbəti gün səhər dövlət və hökumət başçılarının müzakirəsinə təqdim olundu. Amma müxtəlif səbəblərdən erməni tərəfi artıq razılaşdırılmış mətnin təxirə salınmasını təklif etdi. Konsensus olmadı, razılığa gəldik”, - Lavrov izah edib.
Nazir həmçinin qeyd edib ki, 2022-ci ilin noyabrında Praqada Qarabağın mülkiyyəti məsələsinin 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında həll ediləcəyi təsdiqlənib və bu ərazi Azərbaycanın tərkib hissəsi kimi tanınıb.
Firuzə Alimova / QAZİLER.AZ