Zaxarova Ukrayna üçün həlledici məqama işarə edib

Zaxarova Ukrayna üçün həlledici məqama  işarə edib backend

Ukrayna rəhbərliyi üçün Kiyev böhranının sülh yolu ilə həlli istəyinin hərəkətləri ilə dəstəkləyəcək qərarlar qəbul etməli olduğu vacib an gəlir.

Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova bildirib. O, nəşrə müsahibəsində qeyd edib ki, Moskva son vaxtlar Ukrayna hakimiyyətinin yalnız isterik və ziddiyyətli bəyanatlarını müşahidə edir.

“İndi, müvafiq olaraq, növbə Kiyevdədir. Bu günlərdə gördüyümüz isterik və ziddiyyətli bəyanatlar, addımlar və hərəkətlər, o cümlədən Zelenskinin sülh arzusu ilə bağlı əvvəlki fərziyyələri nəzərə alınmaqla, bu, onun qərar verməsi üçün vacib məqamdır. [Onlar] indi real hərəkətlərlə və konkret addımlarla dəstəklənməlidir”, - diplomatik nümayəndə bildirib.

Firuzə Alimova / QAZİLER.AZ

Diaspora