"İstanbulda danışıqlar zamanı tərəflərin razılaşdığı “1000-ə 1000” formatında Ukrayna ilə məhbus mübadiləsinin təşəbbüskarı Rusiya olub".
Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova açıqlamasında deyib. Onun cari xarici siyasət məsələlərinə dair brifinqi nazirliyin YouTube kanalında yayımlanır.
“Bir daha qeyd etmək istərdim ki, bu, Rusiya nümayəndə heyətinin rəhbərləri tərəfindən məhbusların mübadiləsi ilə bağlı təklif edilmiş Rusiyanın təşəbbüsüdür. Ona görə də heç kim bu təklifi öz adına çıxmağa çalışmasın”, - deyə Zaxarova qeyd edib.
Rusiya nazirliyinin nümayəndəsi qeyd edib ki, danışıqlar zamanı əldə olunan məhbus mübadiləsi son 3 ildə ən böyük məhbus mübadiləsi olub. O xatırladıb ki, tərəflər həmçinin gələcək atəşkəs rejimi üçün yazılı təkliflər hazırlamaq barədə də razılığa gəliblər.
Firuzə Alimova / QAZİLER.AZ