Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp telefon danışığı zamanı iki ölkə arasında yeni məhbus mübadiləsini müzakirə ediblər.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Federasiyası başçısının köməkçisi Yuri Uşakov məlumat verib.
"Bu, mühüm humanitar aksiyadır", - o deyib.
Kreml nümayəndəsi xatırladıb ki, son aylarda iki dövlət artıq bir neçə oxşar aksiya həyata keçirib. Onun sözlərinə görə, prezidentlər söhbət zamanı qeyd ediblər ki, Moskva və Vaşinqton hazırda "doqquza doqquz" formulundan istifadə etməklə daha belə bir mübadilə üzərində işləyirlər.
Qeyd edək ki, mayın 19-da Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı olub.
Firuzə Alimova / QAZİLER.AZ