Tramp Rusiya-Ukrayna danışıqlarının növbəti raundunun vaxtını açıqlayıb

Tramp Rusiya-Ukrayna danışıqlarının növbəti raundunun vaxtını açıqlayıb backend

Rusiya və Ukrayna tezliklə atəşkəs və silahlı münaqişəyə son qoyulması ilə bağlı danışıqlara başlayacaq.

Qaziler.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp “TruthSocial” sosial şəbəkəsində müvafiq mesaj yerləşdirərək bildirib. Onun sözlərinə görə, bu məsələ Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı müzakirə olunub.

“Rusiya prezidenti Vladimir Putinlə iki saatlıq söhbəti indicə bitirdim. Məncə, çox yaxşı keçdi. Rusiya və Ukrayna atəşi dayandırmaq və daha da vacibi müharibəni sonlandırmaq üçün dərhal danışıqlara başlayacaq”, - Tramp yazıb.

Amerika liderinin sözlərinə görə, gələcək razılaşmaların şərtləri yalnız münaqişə tərəfləri arasında müzakirə olunacaq, çünki bütün məlumatlara malik olan tərəf onlardır. O vurğulayıb ki, müzakirə olunan mövzuların təfərrüatlarına malik olmayan kənar qüvvələr prosesə müdaxilə etməməlidir.

Firuzə Alimova / QAZİLER.AZ

Diaspora