"Ukraynada müharibənin başa çatması ilə bağlı danışıqlar dalana dirənib".
Bu barədə “Fox news” ABŞ-nin vitse-prezidenti Cey Di Vensə istinadən məlumat yayıb.
“Ukraynadakı müharibə ilə bağlı danışıqların müəyyən bir çıxılmaz vəziyyətə düşdüyünü başa düşürük”, - ABŞ-nin vitse-prezidenti deyib.
Eyni zamanda, o əlavə edib ki, Rusiya Prezidenti Vladimir Putin “müharibədən necə çıxacağını tam bilmir”.
“Əgər Rusiya iştirak etmək istəmirsə, nəticədə ABŞ bunun bizim müharibəmiz olmadığını söyləməlidir”, - Vens vurğulayıb.
APA