“Rusiyaya qarşı müharibə aparmaq strategiyası işləmir, ABŞ prezidenti Donald Tramp Ukraynada sülh axtarır”.
Qaziler.az xəbər verir ki, bu barədə Amerika liderinin xüsusi elçisinin müavini Morqan Ortequs İstanbulda aparılan danışıqları şərh edərkən “Fox News” kanalında bildirib.
"O (ABŞ Prezidenti Donald Tramp) müharibənin iki tərəfini bir araya gətirməyə çalışır. Bu müharibə davam edərsə, heç kim bundan xeyir götürməyəcək. Biz uzun illər uğursuz və pis diplomatiyanı (Vaşinqtonda) düzəltməyə çalışırıq", - deyə Ortequs bildirib.
Qeyd edək ki, ilk dəfə 2022-ci ilin əvvəlində İstanbulda birbaşa Rusiya-Ukrayna danışıqları bərpa edilib.
QAZİLER.AZ