Tramp Suriya ilə bağlı qərarında İsraildən fikir almadığını deyib

Tramp Suriya ilə bağlı qərarında İsraildən fikir almadığını deyib backend

ABŞ prezidenti Donald Tramp bildirib ki, Təl-Əvivin islamçı prezident Əhməd əl-Şaraa ilə bağlı narahatlığına baxmayaraq, Vaşinqton Suriyanın yeni hökumətini tanımazdan əvvəl İsraillə məsləhətləşməyib.

Qaziler.az bildirir ki, bu barədə “Reuters” məlumat yayıb.  Tramp bunu Yaxın Şərqə dörd günlük turunu başa vurduqdan sonra “Air Force One” təyyarəsində jurnalistlərə açıqlamasında deyib.

"Mən onların fikrini soruşmadım. Düşünürəm ki, bu, düzgün qərardır. Bu addıma görə artıq mənə təşəkkür edilib. Biz Suriyanın inkişafını istəyirik", - Tramp izah edib.

Qeyd edək ki, mayın 14-də ABŞ-nin maliyyə naziri Skott Bessent Suriyaya qarşı sanksiyaların ləğvi prosesinin başladığını elan edib. Maliyyə Nazirliyinin rəhbəri qeyd edib ki, idarə vəziyyəti sabitləşdirmək və Yaxın Şərq ölkəsinin sülhə doğru irəliləməsini asanlaşdırmaq üçün belə tədbirlər görür.

QAZİLER.AZ

Diaspora