Ukrayna nümayəndə heyəti İstanbulda kobud səhvə yol verib - Peskov

Ukrayna nümayəndə heyəti İstanbulda kobud səhvə yol verib - Peskov backend

“İstanbulda danışıqlarda olan Rusiya nümayəndə heyəti səhər saatlarından Ukrayna nümayəndə heyətini gözləyir”.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu açıqlamanı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov verib. Onun sözlərinə görə, Kiyevdən olan nümayəndələr hələ gəlməyib.

“Rusiya nümayəndə heyəti artıq İstanbuldadır və səhərdən hələ burada olmayan ukraynalı həmkarlarını gözləyir”, - deyə Peskov vurğulayıb.

Peskov dəqiqləşdirib ki, danışıqlarıa əlaqədar başlama vaxtı da daxil olmaqla, hələlik konkret məlumat yoxdur. O, həmçinin əlavə edib ki, Moskvadan olan nümayəndələr görüşün gedişi barədə imkan olduqda məlumat verəcəklər.

Firuzə Alimova / QAZİLER.AZ

Diaspora