"Qərb ölkələri Rusiyanın strateji məğlubiyyətinə nail olmaq istəyirlər".
Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Sərhədsiz mədəniyyət: mədəni diplomatiyanın rolu və inkişafı” diplomatik klubunun iclasında çıxışı zamanı deyib.
Onun fikrincə, Moskvanın beynəlxalq aləmdə müstəqilliyi onları qane etməyə bilər.
“Qərb niyə döyüş meydanında bizə strateji məğlubiyyətlər verməkdə belə amansızdır? Rusiyanın müstəqil olması yəqin ki, onların xoşuna gəlmir”, - Lavrov bildirib.
Firuzə Alimova / QAZİLER.AZ