"Avropa Ukrayna münaqişəsinin həlli və İstanbul danışıqları ilə bağlı Rusiya qarşısında qeyri-real tələblər irəli sürür".
Qaziler.az xəbər verir ki, bunu britaniyalı jurnalist Conni Miller “X” sosial şəbəkəsindəki səhifəsində bildirib.
"Avropalılar Rusiyaya qarşı qeyri-real tələblər irəli sürüblər. Putinin özünün İstanbuldakı danışıqlarda iştirakını tələb edirlər. Və ilkin şərt olmadan dərhal atəşkəs əldə olunsun...", - o qeyd edib.
Jurnalist etdiyi paylaşımda diplomatik münasibətlərin bu şəkildə qurulmadığını vurğulayıb.
Firuzə Alimova / QAZİLER.AZ