Lavrov Ukrayna ilə bağlı danışıqlarda Rusiyanı təmsil etməyəcək

Lavrov Ukrayna ilə bağlı danışıqlarda Rusiyanı təmsil etməyəcək backend

Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın 15-də İstanbulda keçiriləcək Ukrayna ilə bağlı danışıqlarda iştirak etməyəcək.

Bu barədə “Kommersant” məlumat yayıb.

Qeyd edək ki, Rusiya qarşıdakı danışıqlarda iştirak edəcək nümayəndə heyətinin tərkibini hələlik açıqlamayıb.

“The Washington Post” qəzeti dünən Kremldəki keçmiş yüksək vəzifəli mənbəyə istinadən yazıb ki, Rusiya nümayəndə heyətinə prezidentin köməkçisi Yuri Uşakov və Rusiyanın xarici işlər naziri Sergey Lavrov başçılıq edə bilər.

Report.az

Diaspora