İrəvan Bakı ilə sülh sazişini dərhal imzalamağa hazırdır.
Apa TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Lüksemburqda Avropa Şurası Xarici İşlər Nazirləri Komitəsinin 134-cü sessiyasında bildirib.
Ermənistan XİN rəhbəri qeyd edib ki, İrəvan Bakı ilə sülh sazişini dərhal imzalamağa və ratifikasiya etməyə hazırdır.