Avropa ölkələri Ukraynada atəşkəslə bağlı irəliləyiş görməsələr, Rusiyaya qarşı sanksiyaları genişləndirəcəklər.
Qaziler.az RİA “Novosti”yə istinadla xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merts Yunanıstanın baş naziri Kiriakos Mitsotakislə Berlində keçirdiyi birgə mətbuat konfransında deyib.
“Biz əlavə sanksiyaların tərəfdarı olacağıq. Əgər Rusiya rəhbərliyi keçən həftə sonu birlikdə verdiyimiz təkliflərlə razılaşmasa...”, - Almaniya kansleri deyib.
Almaniya kansleri qeyd edib ki, sanksiyalar digər sahələrə, məsələn enerji sektoru və maliyyə bazarına da şamil edilə bilər.
QAZİLER.AZ