Putinin razılığı olmadan Ukraynada sülh mümkün deyil - Uitkoff

Putinin razılığı olmadan Ukraynada sülh mümkün deyil - Uitkoff backend

Putinin razılığı olmadan Ukraynada münaqişəni sülh yolu ilə həll etmək mümkün deyil.

APA xəbər verir ki, bunu ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff bildirib. Onun sözlərinə görə, Rusiya Federasiyası ilə təmaslar vacibdir.

Uitkoff qeyd edib ki, ️Tramp “ultimatum formasında” Rusiya ilə Ukrayna arasında birbaşa danışıqlarda israrlıdır, əks halda ABŞ nizamlanma prosesindən çəkiləcək.

Trampın xüsusi nümayəndəsi nizamlanma danışıqlarının əsas mövzuları kimi Kiyevin ərazilərdən imtina etməsini, Zaporojye AES-dən istifadəni, Ukraynanın Dnepr və Qara dənizə çıxışını göstərib.

"Problemlərin dairəsini daraltmaq üçün artıq çox iş görülüb.Moskva və Kiyevlə qeyri-rəsmi danışıqlar aparılır", - deyə Uitkoff vurğulayıb.

Diaspora