Ukraynada tam atəşkəs Moskva və Kiyev arasında sülh danışıqları üçün əlverişli zəmin yaradacaq.
Qaziler.az AFP-yə istinadla xəbər verir ki, bu barədəTürkiyə lideri Rəcəb Tayyib Ərdoğan Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon danışığı zamanı bildirib.
“O (Ərdoğan) qeyd edib ki, sülh danışıqları aparmaq üçün Rusiya və Ukrayna nümayəndə heyətlərini Türkiyədə qəbul etməkdən şad olacaq. Türkiyə prezidentinin sözlərinə görə, prezident Ərdoğan hərtərəfli atəşkəsin, sülh danışıqlarının başlanması üçün lazımi şərait yaradacağını və fürsəti qaçırmamaq lazım olduğunu deyib”, - nəşr qeyd edib.
QAZİLER.AZ