Ceyhun Bayramov Bəhreyn Krallığının vəliəhdi ilə görüşüb - YENİLƏNİB

Ceyhun Bayramov Bəhreyn Krallığının vəliəhdi ilə görüşüb - YENİLƏNİB backend

Bu gün xarici işlər naziri Ceyhun Bayramov Bəhreyn Krallığına rəsmi səfəri çərçivəsində Bəhreyn Krallığının vəliəhdi və Baş naziri Salman ibn Həməd ibn İsa Əl-Xəlifə ilə görüşüb.

XİN-dən  verilən xəbərə görə, görüşdə Azərbaycan-Bəhreyn ikitərəfli və çoxtərəfli əməkdaşlığının hazırkı durumu, ikitərəfli və çoxtərəfli münasibətlərin inkişaf perspektivləri, habelə regional və beynəlxalq vəziyyət müzakirə olunub.

Nazir Ceyhun Bayramov rəsmi səfəri çərçivəsində nümayiş olunan yüksək qonaqpərvərliyə görə təşəkkür edib, bugünkü səfərin iki ölkə arasında əməkdaşlığın inkişafına töhfə olacağına dair ümidvarlıq ifadə edib.

Ölkələrimiz arasında ali və yüksək səviyyədə siyasi dialoqun səviyyəsindən məmnunluq ifadə olunub, bu dinamikanın iqtisadiyyat, ticarət, investisiyalar, turizm, logistika, informasiya və kommunikasiya texnologiyaları üzrə konkret təşəbbüslər vasitəsilə daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

2026-cı ilin Azərbaycan və Bəhreyn arasında diplomatik münasibətlərinin 30 illiyi ilə əlamətdar olacağı məmnunluqla qeyd edilib, bu illər ərzində münasibətlərimizin əsaslandığı prinsiplərin bundan sonra da əməkdaşlığımızın inkişafında rəhbər tutulmasının əhəmiyyəti qeyd edilib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

12:04

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bəhreyn Krallığının vəliəhdi və Baş naziri Salman bin Həməd Al Xəlifə ilə görüşüb.

Qaziler.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

 

Görüşdə tərəflər ikitərəfli və çoxtərəfli əməkdaşlığın hazırkı vəziyyəti və gələcək perspektivləri ilə bağlı geniş müzakirələr aparıb.

Diaspora