ABŞ-nin keçmiş prezidenti Co Bayden hazırkı dövlət başçısı Donald Trampın Rusiya prezidenti Vladimir Putinə yanaşmasına münasibət bildirib.
Qaziler.az xəbər verir ki, bu barədə o, “BBC News”a müsahibəsində deyib.
Onun fikrincə, Tramp Rusiya prezidentinə qarşı “sakitləşdirmə siyasəti” aparır, Vladimir Putin isə Ukraynanı “Ana Rusiyanın bir hissəsi” hesab edir.
"O, Sovet İttifaqının dağılması faktı ilə barışa bilmir. Və dayanacağını düşünən hər kəs axmaqdır”, - Bayden Putin haqqında deyib.
"Biz onlara (Ukrayna) müstəqilliklərini təmin etmək üçün lazım olan hər şeyi verdik. Və əgər Putin həqiqətən də yeni addımlar atsaydı, biz daha aqressiv cavab verməyə hazır idik", - ABŞ-nin keçmiş prezidenti deyib.
QAZİLER.AZ