Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Britaniya mətbuatının Londonun Rusiya ilə gizli müharibəyə hazırlaşması ilə bağlı xəbərlərini ironik şəkildə şərh edib.
Qaziler.az xəbər verir ki, bu barədə o “Telegram” kanalında məlumat yayıb.
Diplomat Britaniyanın keçmiş baş nazirləri ilə bağlı internetdə istehza obyektinə çevrilən məzəli epizodları xatırladıb.
“Həm şahzadələr, həm də kral Britaniya bankirlərini, dizaynerlərini və təbii ki, elm adamlarını döyüşə aparacaq. Liz Truss arxasını bir tankla müdafiə edəcək. Boris Conson əlində Britaniya bayraqları ilə paraşütlə daxil olacaq. Tereza Mey hər kəsi rəqs və Noviçok haqqında hekayələrlə bitirəcək, - Zaxarova fotolara şərh yazıb.
QAZİLER.AZ