“TAP layihəsi “Cənub Qaz Dəhlizi”nin çox vacib olan bir hissəsidir. ABŞ çox mühümlülüyü ilə seçilən bu boru xəttinin gerçəkləşməsinə təkan verən dövlətlərə və şirkətlərə kömək göstərir”.
Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Devid Hoqan bildirib.Devid Hoqan deyib ki, sözügedən enerji layihəsi ilə bağlı ABŞ səfirliyi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) və digər konsorsiumun üzvləri adından bəyanat vermək istəmir.
Bununla belə o deyib ki, ABŞ TAP layihəsini çox vacib və mühüm hesab edir. “Buna görə də biz bu enerji layihəsinin gerçəkləşməsinə xidmət edən iştirakçılarla görüşlər keçiririk. Bunun həyata keçirilməsinə dəstək veririk”.