Azərbaycan UNESCO Ümumdünya İrs Komitəsinə üzv seçilib

Azərbaycan UNESCO Ümumdünya İrs Komitəsinə üzv seçilib backend

Azərbaycan UNESCO Ümumdünya İrs Komitəsinə üzv seçilib. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Baş Assambleyanın 18 noyabr iclasında Ümumdünya İrs Komitəsinə seçkilər baş tutub və Azərbaycan komitəyə üzv seçilib.


Komitə Ümumdünya mədəni və təbii irsin qorunması üzrə Konvensiyaya uyğun olaraq fəaliyyət aparır və o, Ümumdünya İrs Siyahısına əlavələr ediləndə yekun və qərarverici səsə malikdir.

Komitə Ümumdünya İrs Fondunun istifadəsini müəyyənləşdirir, Ümumdünya İrs Siyahısına artıq əlavə olunmuş irs nümunələrinin konservasiyasına nəzarət edir və Təhlükə altında olan İrs Siyahısına əlavələr etməyə qərar verir.

Nazirlikdən qeyd ediblər ki, seçkilərdə uğur qazanmağımız ölkəmizin dünya irsinin qorunmasında rolunu artırmaqla yanaşı, Azərbaycanın öz irsinin təşviqində və qorunmasında böyük rol oynayacaq.

Qeyd edək ki, 2000-ci ildə Qız Qalası və Şirvanşahlar Sarayı ilə birgə İçəri Şəhər kompleksi, 2007-ci ildə isə Qobustan Dövlət Bədii-Tarixi Qoruğu UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib.
Diaspora